10 C
Baku
Wednesday, November 13, 2024

“Premium Bank” ASC-nin aktivlərində artım müşahidə olunur

“Premium Bank” ASC-nin  cəmi aktivləri son 3 ay ərzində 654,12 mln manat təşkil edib.

Banker.az bu barədə Bankın 2019-cu ilin I rübü üçün açıqladığı maliyyə hesabatına istinad  edərək xəbər verir.

Hesabat dövrünün əvvəlində bankın cəmi aktivləri isə 646,28 mln manat olub ki, bu da hesabat dövrünün əvvəli müqayisədə 3 ayda aktivlərdə  1,2 % artım olması deməkdir.

Aktivlərin artmasının səbəbi isə bankın müştərilərə verdiyi kreditlərdə artım olmasıdır. Belə ki, 3 ay ərzində bankın müştərilərə verdiyi kreditlər artaraq 589,7 mln manat təşkil edib. Hesabat dövrünün əvvəlində isə müştərilərə verilən kreditlər 584,6 mln manat olub.

Hazırda bankın cəmi öhdəlikləri 517 mln. manat təşkil edib ki, bunun da 465,05 mln. manatı depozit portfelidir. 

Xatırladaq ki, “Premium Bank” ASC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 104,6 mln. manatdır. Hazırda bankın səhmlərinə 84,5%- fiziki şəxs olan Zərifə Həmzəyeva, 15,2%-i “VIP AVİASİYA Xidmətləri” Şirkətinə və 0,32%-i isə ötən ildən Bankın Müşahidə Şurası sədri olan Elçin Əhmədova məxsusdur.

 

 

Son xəbərlər
Digər xəbərlər