“Premium Bank” bu ilin 2-ci rübünü 5 milyon 673 min manat mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 112 min xalis mənfəət ilə bağlamışdı. Beləliklə Hesabat dövründə “Premium Bank”ın xalis mənfəəti öncəki ildə qeydə alınandan 11% çox olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
“Premium Bank”ın faiz gəlirləri ötən ilin eyni dövründə 16 milyon 53 min manat ikən, bu dövrdə 16 milyon 71 min manat kimi yüksəlib. Ötən ilin bu dövründə Bankın qeyri-faiz gəlirləri 7 milyon 873 min manat olub.
2024-cü ilin iyun ayının 30-na Premium bankın aktivləri 647 milyon 308 min manat olub ki, bunun 471 milyon 853 min manatı müştərilərə verilmiş kreditlərdir. Həmçinin bank 473 milyon 99 min manat cəmi öhdəliklərə malik olub.
30 iyun 2024-cü il tarixində “Premium Bank” ASC-nin kredit portfelinin məbləği 471 milyon 853 min manat təşkil edib. Cari ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə Bankın istehlak kreditləri portfeli 34,4% artaraq 25 milyon 862 min manata, ipoteka kreditləri portfeli isə 6,7% artaraq 71 milyon 491 min manata çatıb.
30 İyun 2024-cü il tarixində “Premium Bank” ASC 168 milyon 260 min manat məcmu kapitala malik olub.