28 C
Baku
Saturday, July 27, 2024

“Premium Bank” da ilin IV rübü ərzində zərər edib

2018-ci ildə rebrendinq edən “Premium Bank” ASC (öncəki adı “Bank Silk Way”) ilin ilk 9 ayında 28,18 mln. manat xalis mənfəətinə rəğmən, sonuncu rüb ərzindəki (oktyabr-dekabr) 12,11 mln. manatlıq zərər Bankın xalis mənfəətini 16,07 mln. manata salıb.

Banker.az xəbər verir ki, bu barədə “Premium Bank” 2018-ci il üzrə açıqladığı maliyyə hesabatına istinad edir.

İl ərzində bankın faiz gəlirləri öncəki illə müqayisədə 2018-ci ildə 35%dən çox artımla  37,56 mln. manat olub. Qeyd edək ki, hazırkı faiz gəlirlərinin 10,68 mln. manatı ilin 4-cü rübünü əhatə edib. Cəmi faiz xərcləri 2018-ci il ərzində 14,8 mln. manat təşkil edib.

Beləliklə bank xalis faiz gəlirlərini 22,75 mln. manata çatdırmaqla öncəki ildəki göstəriciləri xeyli üstələyib. Bu rəqəm 2017-ci  ilin müvafiq dövründə 16,05 mln. manat idi.

Bank ötən il ərzində qeyri-faiz gəlirləri 21,57 mln. manat, qeyri- faiz xərcləri isə 34,54 mln. manat təşkil edib. Görünür qeyri-faiz xərcləri bankın 12 ay ərzindəki əməliyyat mənfəətinə böyük təsir edib və bunun nəticəsi olaraq 9,79 mln. manat ilə bitməsinə səbəb olub.

Bundan əlavə bankın 19,74 mln. manatlıq problemli aktivlərinin geri qaytarılıb əvəzində isə cəmi 10,53 mln. manatı ehtiyatlara ayrılıb – nəticə olaraq bankın xalis mənfəətinə əlavə 9,79 mln. manatlıq kömək olub. Bank ilin sonuna yuxarıda qeyd edildiyi kimi 16,07 mln. manatlıq xalis mənfəət etməsi ilə nəticələnib.

Bunla da bankın etdiyi xalis mənfəət bankın balansındakı bölüşdürülməmiş mənfəətini 16,151 mln. manata yüksəlməsinə səbəb olub. Bankın cəmi kapitalı 134,73 mln. manat təşkil edir ki, bunun da 104,6 mln. manatı nizamnamə kapitalıdır.

Xatırladaq ki, Bankın hazırda səhmlərinin 84,5%-i Zərifə Həmzəyeva, 0,3%-i Elvira Əhmədova adlı fiziki şəxslərə və 15,2%-i VIP Aviasiya Xidmətləri Şirkətinə məxsusudur.

Qeyd edək ki, yuxarıda qeyd edilən “zərər” sırf 4-cü rübün göstəricilərini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər