Premium Bank” 2023-cü ilin yanvar-sentyabr aylarını 7 milyon 881 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 4 milyon 12 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən ilin 9 ayında “Premium Bank”ın cəmi gəlirləri 37 milyon 666 min manat (əvvəlki ilə nisbətən 6% çox), cəmi xərcləri isə 31 milyon 316 min manat təşkil edib.
Bu ilin oktyabr ayının 1-nə bankın cəmi aktivləri 677 milyon 356 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2% azalmadır. Bunun 433 milyon 26 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, son 9 ayda bankın kredit portfeli 0.9% kiçilib.