13 C
Baku
Saturday, November 23, 2024

“Premium Bank” kiçilməklə bazarda mövqeyini zəiflədir

“Premium Bank” ASC-nin aktivlərinin həcmi 2022-ci ilin I rübündə 13.5% azalıb.

Bu barədə Banker.az Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Səhmlərinin böyük hissəsi xanım iş adamına məxsus olan “Premium Bank” ASC-nin aktivlərinin həcmi 1 aprel 2022-ci il tarixinə 657.65 mln. manat təşkil edib. Hazırkı durumda “Premium Bank”ın rəqiblərinin aktivlərindəki artım onun növbəti dəfə TOP10-luqda mövqe itirməsinə gətirib çıxara bilər. İlin əvvəli TOP10-luqda 10-cu sırada idi.

Aktivlərin azalmasına səbəb kredit portfelinin rüb ərzində 508.08 mln. manatdan 486.29 mln. manata qədər, eləcə də, pul vəsaitlərin 244.71 mln. manatdan 164.29 mln. manat səviyyəsinə enməsidir.

Bank 2022-ci ilin ilk rübündə daha bir neqativ dinamikası müştərilərin depozitlərindəki geriləmədir. Məsələn, ilk rübdə müştəri depozitlərinin həcmi 1.79 mln. manat, yaxud 0.5% azalıb. Əsasən də şirkətlər bankdakı 191.1 mln. manatlıq depozitlərinin bir hissəsini çəkərək 112.71 manata endiriblər.

Bankın aktivlərindəki enişin ardı olaraq faiz gəlirlərinin həcmi də illik müqayisəə 7.4% azalma ilə 7.69 mln. manat olub. Faiz xərclərinin həcmi öncəki ilin ilk rübündə 4.98 mln. manat olduğu halda, bu il 2.48 mln. manata düşüb.

Qeyri-faiz gəlirləri 3.54 mln. manat (2.7 mln. manat) və qeyri-faiz xərcləri isə 6.6 mln. manat (6.69 mln. manat) olub.

Beləliklə, ilin birinci rübündə xalis mənfəəti 1.39 mln. manata olub. Bu 2021-ci ilin birinci rübü 5.34 mln. manat idi.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.3423423423 32423423423 1 231231231313123

Son xəbərlər
Digər xəbərlər