16 C
Baku
Friday, November 22, 2024

“Premium Bank” nizamnamə kapitalını artırıb

“Premium Bank” ASC nizamnamə kapitalını 49 999 950 manat və yaxud 47,8% artırıb.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 154 manat olan 324 675 ədəd yeni səhm buraxılıb. 

Səhmlər qapalı üsulla yerləşdirilib. Son nəticədə Bankın nizamnamə kapitalı 104 601 420 manatdan 154 601 370 manata çatıb. 

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

Son xəbərlər
Digər xəbərlər