“Premium Bank” ASC 2024-cü ildə tarixində ilk dəfə olaraq qiymətli kağızlara investisiya edib.
Banker.az xəbər verir ki, bank ötən il 1 milyon 55 min manat Maliyyə Nazirliyinin istiqrazlarını əldə edib.
Bankın bu qiymətli kağızlarının illik orta gəlirlilik faizi 9.1 faiz təşkil edir. İstiqrazların 1 mln. 22 min manatı 1-5 il müddətini əhatə edir.
“Premium Bank” investisiya qiymətli kağızlarına daxil edilmiş hesablanmış faiz gəliri 33 min manat olub.