-1 C
Baku
Sunday, December 15, 2024

“Premium Bank”da yeni təyinat olub

“Premium Bank” ASC-nin Daxili audit departamentinə yeni rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, bu, Yusifzadə Anar Yaşar oğludur.

O, buna qədər “Premium Bank”ın Daxili audit departamentinin əməkdaşı və eləcə də, baş auditoru idi.

A.Yusifzadə bu vəzifədə Abbasov Fərid Ağalar oğlunu əvəz edib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154.601 milyon manatdır. Bankın səhmdarları 84.46 % payla Zərifə Həmzəyeva, 15.22 % payla “VIP Aviation Services” MMC və 0.32 % payla Elvira Əhmədovadır.

Son xəbərlər
Digər xəbərlər