19 C
Baku
Tuesday, October 14, 2025

“Premium Bank”da yeni təyinat

“Premium Bank” ASC-nin İnsan Resursları departamentinə yeni rəhbər təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Leyla Tağıyeva təyin edilib.

O, 2024-cü ilin noyabr ayından indiyə qədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İnsan Resursları departamentinin Təlim, İnkişaf və Qiymətləndirmə şöbəsinin rəisi, 2023-cü ilin may ayından 2024-cü ilin noyabr ayına kimi isə Təhsil, İnkişaf və Qiymətləndirmə şöbəsinin baş məsləhətçisi olub.

Leyla Tağıyeva bakalavr təhsilini 2012-2016-cı illərdə Bakı Dövlət Universitetində, magistratura təhsilini isə 2021-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnsan Resurslarının idarə edilməsi / kadrların idarəedilməsi üzrə alıb.

 

Son xəbərlər
Digər xəbərlər