“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank” ASC-nin əsas səhmdarı Zərifə Həmzəyevanın vəfatınddan sonra payları ona ötürülüb.
Banker.az bunu əldə etdiyi sənədə istinadən xəbər verir.
Qeyd edilir ki, səhmlər onun nəzarətinə həyat yoldaşı Zərifə Həmzəyeva bu il yanvarın 17-də vəfat etdikdən sonra keçib.
Mərhum Z.Həmzəyevanın bankın nizamnamə kapitalında payı 84.5% idi. Səhmlərin qalan 15.22%-i “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC-yə, 0.31% isə Elvira Əhmədovaya məxsusdur.
Xanım Həmzəyeva həmçinin “Gazelli Group”un da təsisçisi idi.