“Premium Bank” 2024-cü ili 9 milyon 684 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 7 milyon 453 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 30% artması deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
XƏRCLƏRİ AZALIB
Ötən il “Premium Bank”ın faiz gəlirləri 31 milyon 775 min manat, qeyri-faiz gəlirləri isə 17 milyon 413 min manat, cəmi gəlirləri 49 milyon 188 min manat olub. 2024-cü ildə bank 2 milyon 697 min manat mənfəət vergisi ödəyib. Bankın cəmi xərcləri 10% azalaraq 37 milyon 979 min manata düşüb.
İSTEHLAK KREDİTLƏRİ PORTFELİ KƏSKİN ARTIB
2025-ci ilin yanvar ayının 1-nə “Premium Bank”ın aktivləri 640 milyon 892 min manat təşkil edib. Bunun 466 milyon 649 min manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ilin sonunda isə bankın kredit portfeli 471 milyon 866 min manat idi. “Premium Bank”ın istehlak kreditləri portfeli 2 dəfədən çox artaraq 40 milyon 673 min manat, daşınmaz əmlak kreditləri portfeli 13% artaraq 75 milyon 838 min manat olub.
KAPİTALI ARTIB
“Premium Bank” ASC-nin kapitalı 177 milyon 293 min manatdan 177 milyon 883 min manata çatıb.