10 C
Baku
Thursday, December 12, 2024

“Premium Bank”ın kreditdən faiz gəlirləri azaldı, depozit xərcləri kəskin artdı

“Premium Bank” ASC-nin 2020-ci il üzrə faizdən gəlirləri 34.77 mln. manat olub, bu, öncəki ildən 9.1% az olması deməkdir.

Bank son bir ildə müştərilərə verdiyi kreditlərin həcmi 570.1 mln. manata qədər böyütsə (0.4%) də, kreditlərdən faiz gəlirləri azalıb. Bu barədə bankın maliyyə hesabatında deyilir.

Kommersiya bankı 2020-ci il ərzində kredit verdiyi müştərilərdən 32.8 mln manat təşkil edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3.04 mln. manat (8.5%) azalma deməkdir. Faiz gəlirlərinin azalmasına digər bir səbəb isə banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirlərinin tamam dayanmasıdır. Çünki, artıq bu bankda belə bir portfel artıq mövcud deyil.

Bankın faiz xərcləri isə 52.5% artmaqla 19.69 milyon manata çatıb. Burada əsas səbəb, müştərilərdən cəlb etdiyi depozitlər üzrə faiz xərclərinin son bir ildə 7.39 milyon manat (72.9%) artması səbəbindən baş verib. Lakin, bankın depozit portfelinin həcmi son bir ildə 8.4% kiçilməklə 1 yanvar 2021-ci il tarixinə 431.12 milyon manata düşüb.

Bununla da, “Premium Bank”ın xalis faiz gəlirlərinin həcmi son ildə 25.33 milyon manatdan 15.09 milyon manata qədər azalıb. Bankın əməliyyat mənfəəti 2.59 milyon manat olub, buradan 2.83 mln. manat problemli kreditlərdən gəlir daxil olması hesabına mənfəəti 5.41 mln. manat olmuşdur.  Buradan da, 1.45 mln. manat mənfəət vergisi ödədiyindən bankın xalis mənfəəti illik 3.96 mln. manat olub. Bu da öncəki ildə 8.87 mln. manat idi.

Bu mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəəti 12.98 mln. manat olub.

Son xəbərlər
Digər xəbərlər