7 C
Baku
Thursday, December 12, 2024

2022-ci il üzrə “Premium Bank”ın maliyyə durumu: kredit, depozitlər kiçilir və faiz gəliri azalır

“Premium Bank” ASC-nin 2022-ci ildə aktivləri kiçilib, gəlirləri isə azalıb.

Bu barədə Banker.az bankın rüblük maliyyə hesabatına istinad edir.

Qeyd edilir ki, onun aktivlərinin həcmi son bir ildə 9% azalaraq 692.2 milyon manata düşüb. Aktivlərini azaltmağa əsas dəstək onun müştərilərə verdiyi kreditlərin 14% azalaraq 436.97 mln. manata enməsidir. Hesabat ilinin əvvəlini 477.03 mln. manat biznes krediti ilə başladığı halda, ilin sonuna bu rəqəm 398.37 mln. manata enib.

Bankın depozit portfeli 2022-ci ildə 466.49 mln. manatdan 518.36 mln. manata düşüb – bu  da, illik müqayisədə 10% azalmadır.

Portfelin 340.66 mln. manatı fiziki və 125.83 mln. manatı isə hüquqi şəxslərin depozitləridir.

GƏLİRLƏR AZALIB

2022-ci ildə “Premium Bank” ASC-nin faizdən gəlirləri  30.71 mln. manata olmaqla illik müqayisədə 5% azalma dinamikası nümayiş etdirir. Bankın aktivlərində ən böyük pay müştəri kreditləri olduğu üçün gəlirlərinin də əsasını kreditlərdən daxil olan faiz gəlirləridir. Bu gəlirlər hesabat müddətinin sonuna 28.59 mln. manat olub.

Bankın faiz xərclərinin həcmi 9.94 mln. manat, qeyri-faiz gəlirlərinin həcmi 20.77 mln. manat və qeyri-faiz xərclərinin həcmi isə 28.37 mln. manat olub ki, bu da onun ötən il ərzində  10.55 mln. manatlıq xalis mənfəət əldə etməsi deməkdir. “Premium Bank” mümkün zərərlər üzrə 1.9 mln. manatlıq ayırmadan və 3.18 mln. manat mənfəət vergisi xərcindən sonra onun xalis mənfəəti 5.47 mln. manat təşkil edib.

Bu xalis mənfəətdən sonra onun kapitalında bölüşdürülməmiş mənfəət 15.5 mln. manat təşkil edib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

1111111

2 2

Son xəbərlər
Digər xəbərlər