“Premium Bank” ASC-nin 2021-ci ildə müddətli depozitlərinin həcmi azalıb.
Bu barədə Banker.az bankın illik audit hesabatına istinadən xəbər verir.
Hesabata görə, bankın illik müddətli depozitlərinin həcmi 68.08 mln. manat, yaxud 21% azalıb. Bununla da 1 yanvar 2022-ci il tarixinə müddətli depozitlərin həcmi 253.81 mln. manat təşkil edib.
Audit rəyinə əlavə edilib ki, hesabatın sonuna 2021-ci il üzrə 36.95 mln. manat ADIF tərəfindən təmin edilmiş depozitlərdir. Bu öncəki ildə 67.02 mln. manat idi.
Hesabatda qeyd edilir ki, bankın müştərilərdən cəlb etdiyi depozitlərin ümumi həcmi 533.53 mln. manat olub, bunun da 279.08 mln. manatı cari (öncəki ildə 108.96 mln. manat idi) hesablardır.
Audit rəyində qeyd edilir ki, bank müddətli olaraq depozitləri təminatsız və 1%-8% illik faiz dərəcəsi ilə təklif edib. Məsələn, bu öncəki ildə 1%-10% diapazonunda idi.
31 dekabr 2021-ci il tarixinə bankın qalıqları kapitalın 10%-ni keçən 5 müştərisi var. 31 dekabr 2021 və 2020-ci illərdə bu qalıqların ümumi məbləği 353.49 mln. manat və 282.03 mln. manat təşkil edir.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154 milyon manatdır. Bankın səhmlərinin 84.48%-i Zərifə Həmzəyevaya, 15.22%-i “VIP Aviation Services” MMC-yə, 0.31%-i isə Elvira Əhmədovaya məxsusdur.