16 C
Baku
Thursday, May 2, 2024

“Premium Bank”ın rəhbərliyində dəyişiklik – təyinat

“Premium Bank” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri dəyişdirilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, bank səhmdarlarının qərarı ilə Gülbəniz Ağayeva Hüsü qızı Müşahidə Şurasına üzv seçiliblər.

M.Ş.-nin digər üzvü Rəşad Gülmalıyev Tofiq oğlu vəzifəsindən ayrılıb.

Hazırda M.Ş. sədri olan Elçin Əhmədovla yanaşı cəmi iki üzv vardır.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154 milyon manatdır. Bankın səhmlərinin 84.48%-i Zərifə Həmzəyevaya, 15.22%-i “VIP Aviation Services” MMC-yə, 0.31%-i isə Elvira Əhmədovaya məxsusdur.

Kоmmersiya bankının ali оrqanı sayılan Müşahidə Şurası hər il aşağıdakı mə­sə­lələrin həll оlunması üçün çağırılan səhmdarların ümu­mi yığıncağından ibarətdir. Bu məsələlərə aiddir: nizam­na­məyə və nizamnamə kapitalına dəyişikliklərin edilməsi, bankın İdarə Heyəti sədrinin seçilməsi, illik fəaliyyət nəticə­lərinin təsdiq edilməsi, bankın gəlirlərinin bölüşdürülməsi, bankdan asılı müəssisələrin yaradılması və ləğv edilməsi və bankın fəaliyyətinin bəzi digər mühüm məsələləri.

Müşahidə Şurası nümayəndələrindən ibarət olan ümumi yığıncaq bankın sədrini təyin edir. Onun üzərinə bankın idarə edilməsi öhdəliyi qoyulur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər