“Premium Bank” ASC-nin İdarə Heyətinin sədri Kamil Lətifov Fuad oğlu vəzifəsindən ayrılıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, digər qərarla İdarə Heyətinin vəzifəsini müvəqqəti icra edilməsi Mahir Nəcəfov İbrahim oğluna həvalə edilib.
M.Nəcəfov buna qədər Bankın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısıdır. Nəcəfov Azərbaycan Politexnik Universitetinin “Maşınqayırma texnologiyası” fakültəsini “Mühəndis-Mexanik” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirib.








