13 C
Baku
Saturday, November 23, 2024

“Premium Bank”ın son bir ildə kredit və depozit portfeli kiçilib

“Premium Bank” ASC-nin son bir il ərzində kredit portfelinin həcmi böyük fərqlə kiçilib.

Banker.az bu barədə bankın 2021-ci ilin ilk rübü üçün olan maliyyə hesabatındakı rəqəmlərə istinadla xəbər verir.

“Premim Bank” ASC-nin hesabat dövrünün sonuna müştərilərə verdiyi kreditin həcmi 518.92 milyon manata qədər azalıb. Bu da son bir ilə ərzində kredit portfelinin 58.33 milyon manat, yaxud 10% kiçilməsi deməkdir.

Kredit portfelində əsas kiçilmə bankın istehlak və biznes kreditlərində müşahidə edilir. Bankın istehlak kreditlərinin həcmi son bir ildə 38% azalmaqla 1.58 milyon manata, aktivlərində əsas payı olan biznes kreditlərinin həcmi 13% azalmaqla 488.78 milyon manata, daşınmaz əmlak kreditlərinin həcmi isə əksinə 2.6 dəfə böyüməklə 28.55 milyon manata qədər artmışdır.

Aktivlərində digər azalma bankın əmlak və avadanlıqlarının 5.5% azalma ilə 3.93 milyon manata qədər azalmasını göstərmək olar. Digər tərəfdən isə bankın əlində olan nağd pul vəsaitlərin həcmi 143.91 milyon manat təşkil edib.

DEPOZİTLƏR KİÇİLİB

“Premium Bank” ASC-nin 1 aprel 2021-ci il tarixinə olan göstəricisinə görə, depozitlərinin həcmi 459.43 milyon manat olmaqla 2020-ci ilin eyni dövrü ilə nisbətdə 10 milyon, yaxud 2.2% azdır. Depozitlərin bölgüsünə nəzər yetirdikdə isə fiziki şəxslərin vəsaitlərinin həcmi son bir ildə 19.77 milyon manat (5.4%) azalmaqla 348.93 milyon manata, hüquqi şəxslərin vəsaitlərinin həcminin 9.77 milyon manat (10.8%) artımla 100.49 milyon manat olduğu müşahidə edilir.

 

Son xəbərlər
Digər xəbərlər