25 C
Baku
Sunday, July 21, 2024

“Premium Bank”ın vəzifəli şəxsinin cərimələnməsinin səbəbi məlum olub

“Premium Bank”ın vəzifəli şəxsinin cərimələnməsinin səbəbi məlum olub.

Bu ilin mart ayında bir nəfər aidiyyəti şəxsə verilmiş kredit limiti pozulub və aprel ayının 3-də bərpa olunub. Nəticədə, Mərkəzi Bank tərəfindən bank cərimə edilib.

Məlumata görə, “Premium Bank” bir fiziki şəxsə 5,52 milyon manat həcmində kredit verib. Bu isə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın pozulması deməkdir. Qaydaya əsasən, banklar bir fiziki şəxsə məcmu kapitalının 3%-dən artıq kredit verə bilməz. “Premium Bank” isə məcmu kapitalının nisbətinə uyğun olaraq bir fiziki şəxsə 5,2 milyon manatdan çox kredit verə bilməz. Bank bu tələbdən 311,7 min manat artıq kredit verib ki, bu da qayda pozuntusu hesab olunur.

Qeyd edək ki, iyunun 11-də Azərbaycan Mərkəzi Bankı “Premium Bank”ın vəzifəli şəxsini sözügedən qayda pozuntusu ilə əlaqədar 2 min manat cərimələyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər