11 C
Baku
Monday, April 28, 2025

“Premium Bank”ın xalis mənfəəti azalıb

“Premium Bank” ASC 2025-ci ilin ilk üç ayında 1.58 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38.4% azdır. Halbuki, 2024-cü ilin I rübündə xalis mənfəət 2.57 mln. manat olmuşdu.

2025-ci ilin I rübündə bankın ümumi faiz gəlirləri 8.85 milyon manat təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12.9% artım deməkdir. Artım əsasən müştərilərə verilmiş kreditlərdən gələn faiz gəlirlərinin 7.72 mln. manata çatması ilə bağlıdır. Faiz xərcləri isə demək olar ki, dəyişməyərək 2.88 milyon manat səviyyəsində qalıb. Bununla belə, bankın qeyri-faiz gəlirləri 21.2% azalma ilə 2.99 milyon manat olub. Beləliklə, bankın cəmi gəlirləri ilk rübdə cüzi artımla 11.85 mln. manat olub.

Qeyri-faiz xərcləri illik müqayisədə 4.3% artım 6.09 milyon manat olub. Əmək haqqı və kompensasiya xərcləri 1.73 mln. manat olub.

Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 1.30 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 3.6 dəfə artım deməkdir.

“Premium Bank” ümumi aktivləri illik 4.1% artımla 667.1 milyon manat təşkil edib. Nağd vəsaitlər və ekvivalentləri 188.4 mln. manata çatıb (illik artım: 14%).

Müştərilərə verilmiş kreditlərin xalis həcmi 456.2 milyon manat olub – bu, ötən illə müqayisədə cüzi azalma deməkdir (2024-cü ildə – 458.2 mln. manat).

Bankın öhdəlikləri 486.9 milyon manat, kapitalı isə 180.2 milyon manat təşkil edib. Kapitalda da 1.3% artım qeydə alınıb (2024-cü ildə – 177.9 mln. manat).

Son xəbərlər
Digər xəbərlər