13 C
Baku
Friday, November 22, 2024

“Premium Bank”ın xalis mənfəəti kəskin azalıb, kredit və depozit bazarında mövqe itirib

“Premium Bank” ASC 2022-ci ilin ilk yarısı üzrə maliyyə nəticələrini açıqladı və maliyyə nəticələri ilbəil zəifləməkdədir.

Banker.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində onun gəlirləri illik müqayisədə 7 faiz azalaraq 15.31 mln. manata, faiz xərcləri 43 faiz azalaraq 4.95 milyon manata düşüb.

Qeyri-faiz gəlirləri 7.51 mln. manat, qeyri-faiz xərcləri 12.48 mln. manat olub.

Beləliklə, 5.4 mln. manatlıq əməliyyat mənfəəti edib. Lakin, 5.33 mln. manatlıq mümkün zərərlər üzrə ehtiyata ayırma nəticəsində o yarım ili cəmi 78 min manat xalis mənfəətlə tamamlayıb. Onun balansında 10.11 milyon manat bölüşdürülməmiş mənfəət var.

KİÇİLƏ-KİÇİLƏ GEDİR

“Premium Bank” 2022-ci ilin ilk yarısında nə kredit bazarında, nə də depozit bazarında özünə mövqe qazandıra bilməyib. Belə ki, 2022-ci ilin ilk yarısında onun müştərilərə verdiyi kredit portfeli 4 faiz azalmaqla 488.22 mln. manata düşüb. Kredit portfelində azalmanı dəstəkləyən əsas səbəb, biznes kreditidir. Böyük paya sahib biznes kreditlərinin həcmi son yarımildə 477.03 mln. manatdan 453.54 mln. manata düşüb.

Bununla da 1 iyul tarixinə bankın 682.59 mln. manat aktivləri mövcud olub.

Yarım il depozit portfeli üçün də bitməyib. Onun müştərilərdən cəlb etdiyi depozitlərin həcmi 12 faiz azalaraq 456.55 mln. manata düşüb. Depozit portfelinin 328.93 mln. manatı fiziki şəxslərin, 127.62 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Cəmi öhdəlikləri isə 503.68 mln. manat olub.

33 1111

Son xəbərlər
Digər xəbərlər