27 C
Baku
Saturday, July 27, 2024

Premium benzin bahalaşır, Azərbaycanda əhali onun alışını 36% azaldır

Azərbaycan 2022-ci ildə xaricdən idxal etdiyi Aİ-95 markalı premium benzinin həcmini azaldır.

Bu barədə Banker.az rəsmi statistikaya istinad edir.

Bildirilir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan xaricdən 29.98 min ton təşkil edib. Bu da öncəki ilin eyni dövründən 36% azdır.

İdxal edilmiş premium benzinin ilk dörd ay ərzindəki dəyəri $29.12 mln. olub. Bu barədə Dövlət Statistika Komitəsinin göstəriciləri bildirir.

Ötən ilin ilk dörd ayında xaricdən 46.73 min ton, yaxud $31.17 milyonluq bu avtomobil benzinindən alınmışdı.

Bu da o deməkdir ki, benzinin hər tonu Azərbaycana ortalama $1 053 başa gəlib. Bu ötən il premium benzinin hər tonunun $677 olduğunu nəzərə alsaq, öncəki illə müqayisədə bu il 58% baha olması deməkdir.

Premium benzinin 9.4 min tonu ($8.62 mln.) Rusiyadan, 8.92 min tonu ($10.37 mln.) Bolqarıstan, 6. 71 min tonu ($5.98 mln.) Ruminyadan idxal edilib.

Xaricdən idxal edilən super premium benzin (Aİ-98) idxal həcmi isə cəmi 267 ton təşkil edib, bu da cəmi $292 min dəyəri əhatə edir. Super premum markal benzinin idxalı isə illik müqayisədə 72% azalıb.

Son xəbərlər
Digər xəbərlər