10 C
Baku
Thursday, December 12, 2024

“Premium Transport” 11 vəzifə üzrə vakansiya elan edir: 600-1000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  vakansiyanın adını qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.


1. Mühasib 

İş barədə məlumat
  • İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
  • Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
  • Rəhbərliyin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • Dövriyyə cədvəlini sərbəst şəkildə oxumaq;
  • Debitor və kreditorlarla hesablaşmalar (akt, qaime);
  • Bank və depozit ödənişlərini icra etmək;
  • Büdcə hesabatları vermək (DSMF, statistika, vergi bəyannamələrinin tərtibi);
  • Proqram təminatı (Excell, 1C 8.2, 8.3 versiya);
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 2 gün;
  • İş saatları I-V saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Ali təhsil
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq
  • Əmək haqqı ___600-800 AZN;

2. Nəqliyyat şöbəsinin rəyisi 
İş barədə məlumat
  • Nəqliyyatın planlaşdırılması və sifarişi;
  • İxrac layihələrinə nəzarət;
  • Logistik məhsul dövrünün nəzarəti;
  • Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması;
  • Baki və bölgə yollarını yaxşı bilməli;
  • Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək;
  • Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək;
  • Sürücülərin xəttə çıxmazdan əvvəl illik etibarnamə hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək;
  • Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarını qeyd etmək;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
  • Alınan ehtiyyat hissələrin siyahısını aparmaq;
  • GPS apparatı ilə işləmək;
  • Yanacağın alınması, paylanması;
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 1 gün;
  • İş saatları I-VI saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət;
  • Şirkət telefon xərclərini odəyir
Namizədə tələblər
  • Ali təhsil
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Kollektivlə işləmə bacarığı.
  • Komputer bilikləri:MS office (Word, Excel)
  • Məsuliyyətli, idarəçilik qabiliyyətinə malik olan
  • Əmək haqqı : 500-700 AZN;

3. Xadimə 
İş barədə məlumat
  • Sahələrin sanitar və gigiyenik saxlanılması;
  • Xidmət göstərilən avadanlığın və vasitələrin quruluşları və təyinatları, təmizləmə qaydalarına uyğun işin icrası;
  • Yuyucu və dezinfeksiyaedici maddələrin konsentrasiyasını və onlardan təhlükəsiz şəkildə istifadə etmək;
  • Sanitar-texniki avadanlıqlardan istifadə etmək;
  • İnzibati binanın xidməti sahəsinin, dəhlizinin, pilləkənlərin, santexnika sahələrinin, mətbəxin təmizlənməsini, qabların yuyulmasını həyata keçirilməsi;
  • Tozu silir, əl ilə və ya maşınların köməyi ilə divarları, döşəmələri, tavanları, pəncərə çərçivələrini və şüşələrini, qapı bloklarını, mebel və xalça məmulatlarının yuyulması;
  • Unitaz, rakovin və digər santexnika avadanlıqlarını yuyur və dezinfeksiya edilməsi;
  • Təmizlik aparılan sahələrdə sanitariya və gigiyena qaydalarına riayət olunması;
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 1 gün
  • İş saatları I-VI saat 9:00-dan 18:00-a qədər
  • Nahar vaxtı şirkət hesabına
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Orta təhsil
  • Cins: Qadın
  • Müvafiq vəzifədə ən azı 2 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)                                                                                       Məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Yemək və nəqliyyat şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı başlanğıc  – 250 AZN;

4. İnsan resurları üzrə mütəxəssis 
İş barədə məlumat
  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Açıq olan vakansiyaların elan üçün hazırlanılması və müəyyən edilmiş saytlarda yerləşdirilməsi;
  • Namizədlər bazasının daim yenilənməsi;
  • Daxil olan CV – lərin qeydiyyatının aparılması;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
  • İşə qəbul testlərinin keçirilməsi üçün sual bazasının yaradılması;
  • Yeni işçilərin sınaq müddətlərinin izlənilməsi;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və “Premium Transport” MMC-nin direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad etmənin və s. sənədləri rəsmiləşdirmək;
  • Əmək kitabçalarını əmrlər əsasında doldurmaq;
  • Məzuniyyət qrafikini tərtib etmək, işçilərə məzuniyyətlərinin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
  • Pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
  • Kadrlara aid olan təlabat haqqında məlumat vermək;
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 2 gün;
  • İş saatları I-VI saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət;
Namizədə tələblər
  • Ali təhsil
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Kollektivlə işləmə bacarığı.
  • Komputer bilikləri:MS office (Word, Excel)
  • Əmək haqqı: 500-700 AZN;

5. Ofis menecer 
İş barədə məlumat
  • Direktorunun verdiyi göstərişlərə və sənədlərin icrasına nəzarəti, onların vaxtı – vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün operativ tədbirləri həyata keçirir;
  • İşıqlandırmanın, istilik sistemlərinin, ventilyasiyanın və s. qüsursuzluğuna nəzarəti;
  • Gündəlik və iclasların, təsərrüfat xidmətinin təşkil edilməsini;
  • İşçiləri dəftərxana ləvazimatı ilə lazımlı mebellərlə təmin edilməsi;
  • Təmizlik işlərinin və daxili otaqların səliqəli saxlanılmasınının təşkil edilməsi.
  • Mədaxildən sonra vaxtında inventar nömrələri saymaq, qorunmasına riayət etmək, hər il inventarizasiya, hesabdan silmə və təyin olunmuş uçotun aparılması;
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün
  • İş saatları I-V saat 9:00-dan 18:00-a qədər
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Ali təhsil
  • Cins: Qadın
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq
  • Sanitar normalari bilmelidir
  • Əmək haqqı başlanğıc: 500 AZN;

6. Təchizatçı 
İş barədə məlumat
  • İş üçün zəruri alət və avadanlıqların alınması və təchiz edilməsi;
  • Lazım olan bütün avadanlıqların alınması;
  • Ağır texnikalar (qreyder, ekskavator,  kon (frontal yükləyici), buldozer,  katok (yer basan, (vəldənə)), yük maşınları və hidrovlika barədə məlumatı olmalı;
  • Tenderlərin təşkili;
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 1 gün
  • İş saatları I-VI saat 9:00-dan 18:00-a qədər
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Ali təhsil
  • Cins: Kişi
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Daxili və xarici bazardan anlayışlı;

7. Layihə rəhbərinin köməkçisi 
İş barədə məlumat
  • Telefon zənglərinə cavab vermək, xidməti məlumatların qəbulu və onların müxtəlif şöbələrə ötürülməsini həyata keçirmək;
  • Sənədlərin, məktubların və sorğuların hazırlanması və qorunub saxlanılması;
  • Görüşlərin və iclasların təşkilinə, həmçinin protokolların hazırlanmasına dair işləri icra etmək;
  • Qonaqların qəbulunu təşkil etmək;
  • Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında yerinə yetirmək;
  • Verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirmək;
  • Problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək;
  • Məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək;
  • Layihə rəhbərinin göstərişlərini yerinə yetirmək
  • Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 1 gün;
  • İş saatları I-VI saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət;
  • Şirkət telefon xərclərini odəyir;
  • İş yeri Daşkəsən
Namizədə tələblər
  • Ali təhsil
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Kollektivlə işləmə bacarığı.
  • Komputer bilikləri:MS office (Word, Excel)
  • Məsuliyyətli, idarəçilik qabiliyyətinə malik olan
  • Əmək haqqı : 900-1000 AZN;

8. Anbardar ( Daşkəsən) 
İş barədə məlumat
  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
  • İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək;
  • Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək;
  • Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
  • İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək;
  • Ehtiyatların səviyyəsinə dair gündəlik inzibati aktlar, istehsal və keyfiyyət ilə bağlı nəticələr, işlərin vəziyyəti, eləcə də büdcə və ya xərclər barədə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və s.$
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 1 gün;
  • İş saatları I-VI saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət;
  • İş yeri Daşkəsən
Namizədə tələblər
  • Ali təhsil
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Yaş həddi 28-dən yuxarı
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Kollektivlə işləmə bacarığı.
  • Komputer bilikləri: MS office (Word, Excel), 1C
  • Əmək haqqı: 500-600 AZN;

9. Katibə referent 
İş barədə məlumat
  • Müəssisənin bölmələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirir;
  • Xidməti materiallar ilə işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır;
  • Rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir;
  • Kargüzarlığın aparılmasının ümumi qaydalarına əsasən sənəd dövriyyəsinin nomenklaturasını yaradır;
  • Rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir;
  • Faks qəbulu və göndərilməsi
  • Mail ünvanına gələn məktubların cavablandırılması
  • Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 1 gün;
  • İş saatları I-V saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Ali təhsil
  • Cins: Qadın
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Microsoft Office – xüsusilə də Excel proqramında sərbəst işləməyi bacaran
  • Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti olan
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq
  • Yaş həddi 35-ə qədər
  • Əmək haqqı başlanğıc: 300-400 AZN;

10. Resepşn 
İş barədə məlumat
  • Daxil olan zənglərə cavab vermək;
  • Gələn qonaqları yönləndirmək və qeydiyyata almaq;
  • Müdriyyətin verdiyi tapşırıqları yerinə yetirmək;
  • Lazımı sənədləri hazırlamaq;
  • Yaranan problemlerle bagli lazimi strukturlari melumatlandirma;
  • İş qrafiki-tam;
  • İstirahət günü-həftədə 2 gün;
  • İş saatları I-V saat 9:00-dan 18:00-a qədər;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Ali təhsil
  • Cins: Qadın
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Microsoft Office – xüsusilə də Excel proqramında sərbəst işləməyi bacaran
  • Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti olan
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq
  • Yaş həddi 30-a qədər
  • Əmək haqqı başlanğıc: 300-400 AZN;

11. Direktor assistenti 
İş barədə məlumat
  • Şirkətin direktorun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək;
  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Direktorunun keçirdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
  • Direktorun qərarlarının icrasına nəzarət etmək;
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün
  • İş saatları I-V saat 9:00-dan 18:00-a qədər
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət
Namizədə tələblər
  • Ali təhsil
  • Cins: Qadın
  • Müvafiq vəzifədə ən azı 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan (əla), rus (orta)
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli
  • İşə dözümlü
  • Konfliktli olmayan
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq
  • Sanitar normalari bilmelidir
  • Əmək haqqı başlanğıc: 600 AZN;
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində  vakansiyanın adını qeyd edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
ŞİRKƏT HAQQINDA
Qeydiyyata alınmış ofisi Bakıda yerləşən, mühəndis geologiyası, kəşfiyyat, partlayış əməliyyatları və xammalın emalı üzrə podratçı şirkət olmaqla, Azərbaycan Respublikasında dağ-mədən sənayesi məqsədi ilə müştərilərə mühəndislik, geoloji kəşfiyyat, qazma, tikinti, quraşdırma, partlayış əməliyyatları və daşınma xidmətləri göstərir. Şirkət layihələr hazırlayır, əsas və əhatəli mühəndislik işlərini həyata keçirir, mədən quyularının layihəsini verir və yataqların ehtiyatını müəyyən edir.

 

Son xəbərlər
Digər xəbərlər