15 C
Baku
Saturday, April 20, 2024

Premyer Liqa rekordu: “Mançester Yunayted” ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

İngiltərə Premyer Liqasının (İPL) son mövsümündə “Mançester Yunayted” futbolçuların maaşına 430 milyon avro xərcləyib – bu, liqa üçün rekord məbləğdir. Buna görə də klub komandanın ən yüksək maaş alan oyunçularından biri – qapıçı David de Xea ilə müqavilənin mümkün avtomatik uzadılmasından əmin deyil.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilib ki, “Mançester Yunayted” həmçinin ispan qapıçıya uzunmüddətli əvəzləyici tapmağı düşünür. Bu mövqe üçün İngiltərə millisinin və “Everton”un qapıçısı Cordan Pikford seçilə bilər. Həmçinin qeyd olunub ki, “Mançester Yunayted” gələn yay “Atletiko”nun qapıçısı Yan Oblakı pulsuz transfer edə bilər.

Qeyd edək ki, De Xea 2011-ci ildə “Atletiko Madrid”dən İngiltərə klubuna keçib. O vaxtdan bəri ispaniyalı qolkiper 495 oyuna çıxıb, 538 qol buraxıb, 168 oyunda isə qapısını toxunulmaz saxlayıb. Tərəflər arasında müqavilə 2023-cü ilin yayında başa çatır, lakin avtomatik olaraq daha bir il uzadıla bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər