10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Prezident “Əmanətlərin sığortalanması haqqında” qanunundakı dəyişikliyi təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, 19 may 2020-ci il  tarixdə imzalanan “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununu təsdiqləyib.

Qanunda deyilir,

  1. 19.4-cü maddədə “Azərbaycan Respublikasının Prezidentinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.
  2. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“19.5. İllik hesabata aşağıdakılar daxildir:

19.5.1. Fondun illik maliyyə hesabatları;

19.5.2. iştirakçı bankların reyestri.”.

  1. 19.6-cı maddədə “mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.
Son xəbərlər
Oxşar xəbərlər