10 C
Baku
Friday, December 13, 2024

Prezident ədliyyə naziri müavini ilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə sərəncam bu gün, 20 noyabr 2018-ci il tarixində imzalanıb.

Sərəncamda deyilir,

1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

ceyhun
Ceyhun Həsənov
Son xəbərlər
Digər xəbərlər