23 C
Baku
Saturday, April 20, 2024

Prezident Əliyev “Azəriqaz”dan istehlakçılara qazın verilməsində şəffaflığı təmin etməyi tələb edib

Prezident İlham Əliyev “Azəriqaz” İstehsalat Birliyindən istehlakçılara problemlər yaratmamağı tələb edib.

““Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır”, – deyə o, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, istehlakçılara qazın verilməsi ilə bağlı şəffaflıq və ədalət olmalıdır.

“Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”, – deyə İ.Əliyev qeyd edib.

Prezident deyib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır.

“Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin”, – deyə İ.Əliyev vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər