20 C
Baku
Thursday, October 3, 2024

Prezident 2 rayonun icra başçısını dəyişdi

Sabirabad və Saatlı Rayon İcra Hakimiyyətinin başçılarının yerdəyişməsi olub.

Banker.az Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə 4 sərəncam imzalayıb.

Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Sabirabad Rayon İcra Hakimi təyin olunub.

Digər sərəncam ilə isə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Saatlı RİH başçısı təyin edilib.

N.M.İsmayılov 21 aprel 2011-ci il tarixdən Prezidentin sərəncamı ilə bu posta təyinat almışdı.

sirageddin siraqeddin cabbarov

Son xəbərlər
Digər xəbərlər