“Bu gün Azərbaycanın uğuru son bir neçə il ərzində həyata keçirilən hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun rəsmi saytında dərc olunmuş “2017-ci ildə Azərbaycanın iqtisadi prioritetləri” adlı məqaləsində deyilir.
Prezidentin məqaləsində qeyd olunur ki, iqtisadiyyatın müxtəlif sektorlarda, o cümlədən energetika sahəsində qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə Azərbaycanın xeyrinə olmayıb, həm də regional və beynəlxalq əməkdaşlığa töhfə verib.
“Uğurlarımız açıq-aydın görünür və hiss edilir. Amma eyni zamanda, müəyyən çətinliklərlə də qarşılaşırıq. Davam edən qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir edib. Amma müvafiq tədbirlər çərçivəsində bu çətinlikləri uğurla dəf edirik. Daha dayanıqlı inkişaf təmin etmək üçün strateji yol xəritəsi qəbul edilib, hərtərəfli struktur, institusional, maliyyə, valyuta və digər islahatlar davam etdirilib, vergi və gömrük idarəetməsi yaxşılaşdırılıb, və bütün sahələrdə şəffaflıq təmin edilib. Nümunə kimi, ötən ilin 10 ayı ərzində ticarət dövriyyəsinin azalmasına baxmayaraq, gömrük rüsumlarının 53% artdığını qeyd edə bilərəm”, – məqlədə vurğulanıb.
“2017-ci ilin Azərbaycanın iqtisadi inkişaf ili olacağından əminəm. Səmərəli iqtisadi islahatları davam etdirəcəyik. Eyni zamanda, sosial yönümlü təşəbbüslərə xərcləri artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi prosesi demək olar, başa çatıb. ÜDM-in 70%-i qeyr-neft sektorundan əldə olunur. Bu gün üçün əsas məqsədimiz ixracatımızda diversifikasiya etməkdir. 2016-cı ildə həyata keçirilən tədbirlər bu məqsədin reallaşmasına gətirib çıxaracaq. Azərbaycan artıq Dünya İqtisadi Forumunun qlobal rəqabət indeksində 37-ci (MDB məkanında 1-ci) yeri tutur. Biz bu tərəqqini gücləndirmək niyyətindəyik”, – Prezident İlham Əliyevin məqaləsində bildirilib.