2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb. Bunu prezident İlham Əliyev deyib.
«2018-ci ildə Azərbaycanda ÜDM 1,4%, o cümlədən qeyri-neft sektoru 1,8% artıb», – deyə dövlət başçısı bu gün Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
AzTV telekanalının məlumatına görə, İ.Əliyev qeyd edib ki, ötən il sənaye istehsalı 1,5%, kənd təsərrüfatı istehsalı 4,6% artıb, valyuta ehtiyatları $45 mlrd. təşkil edib.
Prezident əlavə edib ki, ötən il ölkədə 118 min daimi iş yeri yaradılıb.
O vurğulayıb ki, 2018-ci il Azərbaycanda “dərin islahatlar ili” olub, respublika dinamik inkişaf edib.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.