26 C
Baku
Saturday, July 27, 2024

Prezident 2020-ci ilin 1 yanvardan qüvvəyə minəcək qanunu ləğv etdi

İcbari tibbi sığorta fonduna ödənilən 50%-lik və 5%-lik təqvim haqları ləğv edilir

Azərbaycan Prezidenti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi haqqında qanun imzalayıb.

Səndəddə deyilir,

Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli Qanunu ləğv edilsin.

Maddə 2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli Qanunu ləğv edilsin.

Maddə 3. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.


XATIRLATMA

İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli qanunda deyilirdi,

 1.1. 30.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“30.6. Təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçılarının reyestrinə daxil edildiyi gündən başlayaraq, daxil olan sığorta haqlarının avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqavilələri üzrə 10 faizi, digər icbari sığorta müqavilələri üzrə isə 5 faizi həcmində ödənilir.”;

1.2. aşağıdakı məzmunda 30.8-ci maddə əlavə edilsin:

“30.8. Büronun hesabına köçürülmüş avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta müqavilələri üzrə təqvim haqlarının 50 faizi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaradılan icbari tibbi sığorta fonduna ödənilir.”.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəkdi.

 

Son xəbərlər
Digər xəbərlər