Dövlət başçısının sərəncamı ilə Etibar Nəcəfov Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
Dövlət başçısının saytında bildirilir ki, E.Nəcəfov (1963-cü ildə anadan olub) Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. 1989-cu ildən Bakı Slavyan Universitetində və Dövlət İdarəçilik Akademiyasında dərs deyib. Elmlər doktoru alimlik dərəcəsi var.
©Turan İ.A