5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Ağdama xüsusi nümayəndə təyin edildi

Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

12 noyabr 1974-cü ildə anadan olub.

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı

2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı

2003 – 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı

2005 – 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru

2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru

2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı

2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru

2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında (“ADA”), Strategiya və inkişaf məsələləri üzrə prorektor

2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor

2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.

2016-2018-ci illərdə Maliyyə Nazirinin müavini.

2018-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.

Evlidir, üç övladı var.

Son xəbərlər
Oxşar xəbərlər