18 C
Baku
Sunday, September 8, 2024

Prezident albaniyalı həmkarını qəbul edib – Yenilənib

14:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Banker.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Prezident İlham Əliyevin Albaniyaya dövlət səfərinin, Prezident Bayram Beqayın isə ölkəmizə rəsmi səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Bu ilin martında Albaniyanin Baş naziri Edi Ramanın ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edildi. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulandı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olundu.

***

11:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

65f2aba22c17d65f2aba22c17e171040246665f2aba22c17a65f2aba22c17c

65f2aba21e44265f2aba21e443171040246665f2aba21e44065f2aba21e441

Son xəbərlər
Digər xəbərlər