17 C
Baku
Friday, May 24, 2024

Prezident Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalının təsis edilməsi ilə bağlı qanunu təsdiqləyib.

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Yubiley medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər