21 C
Baku
Friday, April 26, 2024

Prezident Almaniyada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da AlmaniyaFederativ Respublikasına işgüzar səfəri başlayıb.

Berlin şəhərinin Tegel hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevin səfəri barədə ilk dəfə Almaniya kansleri Angela Merkel məlumat vermişdi. O, aprelin 6-da Ermənistan prezidenti Serj Sarkisyanla Berlində keçirdiyi görüş zamanı İlham Əliyevin iyun ayında Almaniyaya səfər edəcəyini demişdi.

Merkel İlham Əliyevlə səfər barədə razılığa gəlindiyini desə də səfərin dəqiq gününü açıqlamamışdı. “Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, – deyə Merkel İlham Əliyevin səfəri barədə danışarkən bildirib.

Prezident İlham Əliyev Almaniyaya son dəfə bu ilin fevral ayında səfər edib. Həmin vaxt o, Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

ANSPress

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər