Aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfərini gözləyirlər. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
“10 aprel 2023-cü il tarixində prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qazaxıstana səfəri baş tutacaq. Astanada iki dövlət başçısının məhdud və geniş formatda görüşləri planlaşdırılır. Danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığın inkişafına dair əsas məsələlər daxildir”, – məlumatda qeyd olunur.