2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Prezident Aqil Şirinovu institutun rektoru təyin etdi

Aqil M. Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev 12 may 2020-ci il tarixdə sərəncam imzalayıb.

“Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilsin”, deyə sərəncamda deyilir.

Aqil Muxtar oğlu Şirinov — 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub.

1985-ci ildə Kəlbəcər şəhər 3 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə Kəlbəcər rayon 12 saylı orta məktəbi bitirib.

1996-cı ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olub, 2001-ci ildə qeyd olunan fakültədən “ilahiyyatçı” və “ərəb dili müəllimi” ixtisasları üzrə məzun olmuşdur.

2001-cu ildə Türkiyə Respublikası Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun magistratura bölməsinə daxil olmuş, 2003-cü ildə “İslam Məzhəbləri Tarixi mənbələrində ifrat meylli məzhəblər və görüşləri (İslam Mezhepleri Tarıhi Literatüründe Aşırı Fırkalar ve Görüşleri)” adlı elmi iş mövzusunu müdafiə edərək magistr dərəcəsinə layiq görülüb.

13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin əmri ilə Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Son xəbərlər
Oxşar xəbərlər