32 C
Baku
Monday, July 22, 2024

Prezident “ASAN Xidmət”ə 6 mln. manat ayırdı

“ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunmuşdur. Ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş “ASAN xidmət” mərkəzi yaradılmış, 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Gündəlik müraciət sayı 30 minə yaxın olan “ASAN xidmət” mərkəzlərində indiyədək 28 milyondan çox müraciət qəbul edilmişdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Sərəncamında deyilir.

Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılıb.

Son xəbərlər
Digər xəbərlər