12 C
Baku
Monday, April 15, 2024

Prezident “ASAN xidmət” ilə bağlı fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 5-ci hissəsinə “təyin edilməsi” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda nəzərdə tutulmuş xidmətlərin kiçik və orta biznes evlərində həyata keçirilməsi” sözləri əlavə edilsin.

Həmin bənd bu günə qədər tam olaraq belə idi:

Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri (“DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi istisna olmaqla) yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin.

Bu da o deməkdir ki, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən  xidmətlərin həyata keçirilməsi təmin edilsin.

 

Son xəbərlər
Digər xəbərlər