Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçi qəbul edib.
Banker.az xəbər verir ki, Mixail Myasnikoviç Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb, Ulu Öndərin böyük tarixi şəxsiyyət kimi Azərbaycanın inkişafında müstəsna rolunu qeyd edib.
Görüşdə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olan üzv dövlətlərlə ticarət dövriyyəsinin və ticarət imkanlarının genişləndirilməsi barədə müzakirələr aparılıb.
Mixail Myasnikoviç Prezident İlham Əliyevə əməkdaşlıq istiqamətləri barədə təkliflər verib.