Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı deyib.
“Bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var – təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Yəni, portfel olduqca genişdir. Biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.