26 C
Baku
Saturday, July 27, 2024

Prezident: Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb

Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb.

Bunu Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib.

Dövlət başçısı, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər