15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Prezident Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyini açıqladı

Prezident İlham Əliyev 12 avqust 2020-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

  • Azərbaycan Respublikasının Baş Naziri (Əli Əsədov)

Müşahidə Şurasının üzvləri

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri (Şahmar Mövsimov)
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri (Natiq Əmirov)
  • Azərbaycan Respublikasının İqtisadiyyat naziri (Mikayıl Cabbarov)
  • Azərbaycan Respublikasının Maliyyə naziri (Samir Şərifov).
Son xəbərlər
Oxşar xəbərlər