27 C
Baku
Saturday, July 27, 2024

Prezident: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq planı yoxdur

Bakının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq planları yoxdur.

Banker.az xəbər veriir ki, bunu Azərbaycan Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

“Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir”.

AİB-in tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlət başçısı daha sonra da bunları deyib: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var”.

AİB 2014-cü ildə yaradılıb. Quruma, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Son xəbərlər
Digər xəbərlər