17 C
Baku
Friday, October 18, 2024

Prezident Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31.4 milyon manat ayırdı

Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

Banker.azm xəbər verir ki, sərəncamda bildirilir:

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon (otuz bir milyon dörd yüz min) manat ayrılsın.

Son xəbərlər
Digər xəbərlər