Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.
Banker.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bu ilin dövlət büdcəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna ayrılmış 163 milyon manat vəsaitin 43 milyon manatı nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalının artırılmasına ayrılıb.