8 C
Baku
Thursday, December 12, 2024

Prezident: “Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”

“Azərbaycan qaz bazarında Avropanın etibarlı tərəfdaşı və dostudur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bildirib.

“Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyalarına dair verdikləri bir sıra qərarlar üzündən Avropada təbii qaza tələbat artacaq. Bütün infrastruktur işlərini başa vurmuş ölkə olan Azərbaycan burada Avropanın etibarlı tərəfdaşı, dostudur. Təsəvvür edin, Bakıdan İtaliyaya qədər 3500 km-lik qaz kəmərinin bir hissəsi dəniz dibindədir. Hamısı tikilib, qaz da gedir. İndi qarşımızda duran məsələ Avropa Komissiyası ilə, Avropa İttifaqının üzv ölkələri ilə, bizdən daha çox qaz almaq istəyənlərlə, yaxud yeni alıcılarla yaxından əməkdaşlıq etmək, danışıqlara başlamaqdır”, – dövlət başçısı deyib.

Prezident qeyd edib ki, Azərbaycanın böyük təbii qaz ehtiyatları var və Avropaya kifayət qədər qısa nəql marşrutu var.

Prezident İlham Əliyev Rusiya qazı ilə rəqabətə dair suala cavab verərkən vurğulayıb ki, rəqabət məsələsi çox şişirdilib və əsassız olaraq siyasiləşdirilib: “Bizim qaz tədarükümüz Rusiya ilə rəqabət apara bilməz”.

Son xəbərlər
Digər xəbərlər