10 C
Baku
Wednesday, November 27, 2024

Prezident Azərbaycan-Rusiya sərhədi ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş”i təsdiq edib.

Bununla bağlı dövlət başçısı Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər
Digər xəbərlər