12 C
Baku
Monday, November 25, 2024

Prezident Azərbaycan və Özbəkistan arasında imzalanmış bir sıra sazişləri təsdiqləyib

Azərbaycanla Özbəkistan hökumətləri arasında imzalanmış bir sıra sazişlər təsdiqlənib.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərmanlar imzalayıb.

Təsdiq olunan Sazişlər arasında Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş” yer alıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, həmin sənədlər 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

Son xəbərlər
Digər xəbərlər