14 C
Baku
Thursday, May 2, 2024

Prezident Azərbaycanın payı olduğu bankın kapitalındakı €41 milyonluq artımı təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin 13 iyun 2023-cü il tarixdə qəbul etdiyi “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

“2022-ci il 22 aprel tarixində imzalanmış “Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının artımı ilə bağlı paylara abunəlik üçün Öhdəlik Məktubu” təsdiq edilsin”- deyə, fərmanda deyilir..

Hazırkı sənədə əsasən Azərbaycan tərəfi hər birinin nominal alış qiymətinin dəyəri 1 150 avro olan Qara Dəniz Ticarət və İnkişaf Bankının 35 680 ədəd səhminə abunə olur və 41 mln. 32 min avro (cari EUR/AZN məzənnəsi ilə götürdükdə ~75 mln. 261.26 mln. manat) məcmu alış qiymətinin ödənilməsinə razılıq verir.

Beləliklə, Azərbaycan QDTİB-ın abunə kapitalının artımına son, qeyd-şərtsiz və qaytarılmayan abunəliyinə qoşulmuş hesab ediləcək.

Bankın nizamnamə kapitalı ilkin mərhələ olaraq artırılaraq 2.3 milyard avro ekvivalentinə qaldırılıb. Sonradan 2021-ci ilin oktyabrda artırılmış 816.54 milyon avro dəyərində 710.03 ədəd səhmin abunə kapitalında artımı ikinci mərhələ qismində təklif olunmuşdu.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər